Stoltenberqdən "tank" açıqlaması

15:44 24 Yanvar 2023

NATO-nun baş katibi Yens Stoltenberq Almaniyaya rəsmi səfəri çərçivəsində Almaniyanın müdafiə naziri Boris Pistorius ilə birgə mətbuat konfransı keçirib. Ukraynaya verdiyi dəstəyə görə Almaniyaya təşəkkür edən Stoltenberq, tanklarla bağlı verdiyi açıqlamada "Müttəfiqlər arasında məsləhətləşmələr davam edəcək. Tezliklə həll yoluna gələcəyimizə əminəm" -deyə bildirib.

Sitat.info xəbər verir ki Almaniyanın Ukraynaya ən çox hərbi, maliyyə və humanitar yardım göndərən ölkələrdən biri olduğunu bildirən NATO-nun baş katibi Stoltenberq “Almaniyadan gələn silahlar Ukraynada hər gün həyatını xilas edir” deyib. Rusiya prezidenti Vladimir Putinin yeni hücumlar planlaşdırdığını bildirən Stoltenberq Rusiyanın döyüş meydanında qalib gəlməsinin qarşısını almaqla davamlı sülhün əldə edilə biləcəyini bildirib.

Almaniya naziri Pistorius ilə tank məsələsini də müzakirə etdiyini bildirən Stoltenberq, “Müharibənin bu mühüm anında Ukraynaya daha ağır və daha inkişaf etmiş sistemlər verməliyik və bunu daha sürətli etməliyik. Mən nazir Pistorius ilə döyüş tankları ilə bağlı görüşü alqışladım və müttəfiqlər arasında məsləhətləşmələr davam edəcək. Əminəm ki, tezliklə həllə nail olacağıq”.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti