Əfqanıstanda son iki həftədə artan əlverişsiz hava şəraiti səbəbindən donaraq ölənlərin sayı 157-yə yüksəlib.
Sitat.info xəbər verir ki, Əfqanıstan son illərin ən soyuq qışını yaşayır.
Havanın temperaturu gecə saatlarında paytaxt Kabildə 10 dərəcə şaxtaya, bəzi bölgələrdə isə 30 dərəcəyə enib.
Taliban hökumətinin rəsmisi açıqlama verib ki, 157 nəfər donaraq ölüb, 75 mindən çox mal-qara tələf olub.
Ölkə daxilində 157 nəfərin donaraq həyatını itirdiyini bildirən rəsmilər, ən çox itkilərin Qor, Bədəhşan, Paktika və Paktiya əyalətlərində olduğunu bildirib. Rəhimi bildirib ki, 75 mindən çox iribuynuzlu heyvan da tələf olub.
Əfqanıstan Meteorologiya İnstitutu isə bu il qış temperaturunun keçən ilə nisbətən iki dəfə soyuq olduğunu və ən şiddətli soyuqluğun Qor vilayətində yaşandığını qeyd edib.
Hava şəraiti humanitar böhranı dərinləşdirir. Əlverişsiz hava şəraiti ilə bağlı bir çox ərazilərə, xüsusən də kənd yerlərində gediş-gəlişdə çətinliklər yaranıb.
Məğrur,
Sitat.info