Terrorçu səfirliyimizə maşınla bu cür gəlir – Video

13:43 27 Yanvar 2023

Bu gün saat 8:30-da Tehrandakı səfirliyimizə terror hücumu həyata keçirən Yasin Hüseynzadənin səfirlik binasının qarşısına gəlməsini əks etdirən video yayılıb.

Sitat.info xəbər verir ki, maşını ilə sürətlə yaxınlaşan və səfirliyin qarşısında dayanan maşına çırpılandan sonra dərhal düşərək, avtomatla mühafizəçini təhdid edən terrorçu qapının açıq olmasından istifadə edərək, içəri girir.

Belə məlum olur ki, terrorçu yaxınlıqda səfirliyi güdürmüş və ora səfirlik əməkdaşının gələcəyini, bu zaman qapının açılacağını gözləyirmiş. Səfirlik əməkdaşı gələn kimi ardınca sürətlə binaya soxulur.

Onun "iki uşağı ilə səfirlik binasına gəlməsi" barədə yalan da bu video ilə ifşa olunur. Yasin Hüseynzadənin yanında hər hansı uşaq yoxdur.

Qeyd edək ki, İran polisi və XİN terror hadisəsini "şəxsi zəmində" adı ilə pərdələməyə və bu terror aktında iştirakını gizlətməyə uğursuz cəhd edir.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

/Axar.az



Xəbər xətti