Mərkəzi Asiyada enerji sistemində baş verən qəza Qazaxıstan, Qırğızıstan və Özbəkistanda böhrana səbəb olub.
Sitat.info APA-ya istinadən verir ki, Özbəkistanın paytaxtı Daşkənddə beynəlxalq hava limanı daxili və xarici reyslərin qəbulunu dayandırıb.
TASS-ın yazdığına görə, Daşkənd metropoliteni də elektrik enerjisinin olmaması səbəbindən fəaliyyətini dayandırıb.
Qırğızıstan və Qazaxıstanda elektrik enerjisi təchizatı ilə bağlı problemlər qalsa da, yerli hava limanları təyyarə reyslərini qəbul etməyə davam edir.