"İrandakı səfirliyimizə silahlı hücum hamımızın hiddətinə səbəb oldu" - Hacı Şahin (VİDEO)

16:10 27 Yanvar 2023

"İrandakı səfirliyimizə silahlı hücum hamımızın hiddətinə səbəb oldu. Bu terror aktını qətiyyətlə qınayır, Allahdan şəhid olmuş igidimiz Orxan Əsgərov üçün rəhmət, yaralanmış səfirlik əməkdaşları üçün isə şəfa diləyirik".

Sitat.info xəbər verir ki, bu sözləri ilahiyyatçı, QMİ-nin rəsmi nümayəndəsi Hacı Şahin Həsənli Tehrandakı Azərbaycan Səfirliyinə hücumla bağlı paylaşımında qeyd edib. 

O vurğulayıb ki, hamımız bu ağır vəziyyətdə mərdlik nümayiş etdirən diplomatlarımızın yanındayıq: "Bu cinayətdə əli olan hər kəsin ən ağır şəkildə cəzalanmasını tələb edirik".

Qeyd edək ki, bu gün səhər saat 08.30 radələrində Yasin Hüseynzadə adlı İran vətəndaşı Azərbaycanın İrandakı səfirliyinə silahla hücum edib. Hücumda mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər isə yaralanıb. 

Məğrur,

Sitat.info

 



Xəbər xətti