Pakistanın Hayber Paxtunxva əyalətində günorta namazı zamanı məscidə intiharçı hücumu nəticəsində 2 polis həyatını itirib, 90 nəfər yaralanıb.
Sitat.info yerli mediaya istinadən xəbər verir ki, şəhərin Polis Xəttləri ərazisindəki məsciddə günorta namazı vaxtı intiharçı hücum baş verib.
İlkin məlumata görə, hücumda 2 polis həlak olub, 90 nəfər yaralanıb.
Rəsmilər yaralılardan 10-nun vəziyyətinin ağır olduğunu bildirib.
Partlayış nəticəsində ətrafdakı tikililərə və maşınlara, eləcə də məscidə ziyan dəyib.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Məğrur,
Sitat.info