Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Ağdaş Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilən polis polkovniki Rasim Mustafayevə yeni vəzifə verilib.
Sitat.info Manset.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Rasim Mustafayev Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini təyin edilib.
Qeyd edək ki, Rasim Mustafayev Müdafiə Nazirinin Müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin qardaşıdır.