Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, Rasmus Paludanın Qurani-Kərimi yandırması və ondan sonra baş verən oxşar hərəkətlər “bəzi Qərb siyasətçilərinin inanc azadlığı ilə bağlı ikiüzlülüyünü” göstərir.
Sitat.info xəbər verir ki, Mao Ninq Pekində keçirdiyi gündəlik mətbuat konfransında İsveç və Danimarkada yandırılan Qurandan danışıb.
Mao Ninq bildirib ki, dini etiqad azadlığına hörmət beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə qəbul edilir. Müsəlmanların inancına və dini hisslərinə hörmət edilməlidir.
Mao Çinin sivilizasiyalararası dialoqun tərəfdarı olduğunu və müsəlmanların, eləcə də digər dini qrupların inanc azadlığını qorumaq üçün İslam ölkələri ilə işləməyə davam edəcəyini vurğulayıb.
Seymur Bənnayev
Sitat.info