Bərdədə ağır qəza: Ölənlərin sayı 5-ə çatdı

19:55 2 Fevral 2023

Yevlax-Ağdam-Laçın yolunun 38 km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyevin “Qafqazinfo”ya verdiyi məlumata görə, hadisə yolun Bərdə rayonunun Kətərparaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 90-EA-774 dövlət nömrə nişanlı "Niva" markalı maşınla 34-BG-302 dövlət nömrə nişanlı "Mercedes" toqquşub. 

Hadisə nəticəsində ölənlərin sayı 5-ə çatıb. Bir nəfərin isə vəziyyətinin ağır olduğu bildirilir. Həlak olanlardan birinin Daxili Qoşunların hərbçisi olduğu bildirilir.

 



Xəbər xətti