"İran hakimiyyəti dəqiq ünvan göstərsə, müharibə etməyə məcbur olacaq" - Sərdar Cəlaloğlu

18:33 3 Fevral 2023

 " İran vurulmazdan  1 həftə əvvəl  ABŞ prezidenti Bayden demişdi ki, İranın vurulması gündəmdədir. Eləcə də bu hadisədən 1 gün əvvəl Yaxın Şərqə səfər edən  ABŞ Dövlət Departamentinin katibi demişdi ki, İranın vurulması müzakirə olunur və bu gündəmdədir. İsraildə terror hadisəsi baş verdikdən sonra baş nazir Netanyahu bəyanat verdi ki, biz bunun cavabını verəcəyik. Və həmin terror hadisəsinin arxasında İranın olduğu elan olundu. Bu onu göstərir ki, bu hücum İsrail tərəfindən həyata keçirilib". 

Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. 

Onun sözlərinə görə, hücumun haradan, necə başladığı İrana dəqiq məlumdur: "Bununla bağlı müxtəlif fikirlər mövcud olsa da, İran hakimiyyəti dəqiq ünvan göstərsə müharibə etməyə  məcbur olacağını bildiyi üçün açıqlama verməkdən qaçınır". 

Lakin İran, indiki halda İsrail ilə müharibə etmək imkanı olmadığından, dronların haradan, kim tərəfindən, nə məqsədlə göndərilməsi ilə bağlı dəqiq məlumat vermir: "Verilən bəyanatlar isə göstərir ki, İranı ABŞ-ın da vasitəçiliyi ilə İsrail vurub".

Nuriyyə,

Sitat.info



Xəbər xətti