Cənubi Afrikada ə bir qrup orta məktəb şagirdi etiraz aksiyası zamanı iki polis əməkdaşını və bir müəllimi girov götürüb.
Sitat.info yerli mediaya istinadən xəbər verir ki, Azad dövlət adlı şəhərin Fiksburq bölgəsində orta məktəb şagirdlərinin böyük bir qrupu, məktəb yoldaşlarının müəllimlərin zorakılığı nəticəsində intihar etdiyini iddia ediblər və etiraz aksiyası keçiriblər. Buna görə ətrafdakı məktəblərin şagirdlərinin iştirakı ilə həmin orta məktəbə toplaşan etirazçılar orada iki polis əməkdaşı və bir müəllimi girov götürüblər.
Hadisəyə müdaxilə etmək istəyən polisə daşla hücum edən tələbələr, daha sonra ələ keçirdikləri polis avtomobilini çeviriblər.
Əlavə qüvvələr gəldikdən sonra polis tələbələri dağıtmağa və girovları xilas etməyə nail olub.
Hadisə ilə bağlı 5 tələbə saxlanılıb.
Şagirdlər rəfiqəsinin ölümündə müəllimi günahlandıraraq, ölən dostlarının qoyub getdiyi intihar məktubunu sübut kimi göstəriblər.
Səid İsaoğlu,
Sitat.info