Türkiyənin bu hava limanları mülki uçuşlara bağlandı

20:25 6 Fevral 2023

Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələnin dağıntıları səbəbindən Qaziantep, Adana və Kahramanmaraş hava limanları mülki uçuşlara bağlanıb.

Sitat.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb zəlzələdən sonra axtarış-xilasetmə qrupları və yardım ləvazimatlarını daşıyan təyyarələrin bölgəyə vaxtında çatmasıdır.

Bildirilib ki, hava limanında yalnız yardım və axtarış-xilasetmə qruplarını daşıyan təyyarələrin qalxıb-enməsinə icazə verilir.



Xəbər xətti