Güclü külək Bakıda ağacları qırdı - Video

10:01 9 Fevral 2023

Dünən günün ikinci yarısından başlayaraq bütün gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ədəd ağaca ziyan dəyib. 

Bu barədə “Sitat.info”ya Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Rəsmi məlumata görə, Birliyin əməkdaşları tərəfindən ziyan dəymiş ağacların 4-nün sınmış hissələri budanıb, 11 ədəd ağac isə kəsilərək görürülərək ərazi təmizlənib. 

Sözügedən hallar əsasən, paytaxtın Xətai rayonu Məzahir Rüstəmov 26, Xətai Rüstəmov küçəsi, Nizami rayonu Çobanzadə küçəsində, Yasamal rayonu Vahabzadə küçəsində qeydə alınıb.

 





Xəbər xətti