İnam Kərimov Saatlıda vətəndaşları qəbul edib

13:38 9 Fevral 2023

Kənd təsərrüfatı naziri İnam Kərimov bu gün Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Saatlı, Sabirabad, İmişli və digər rayonlardan olan vətəndaşları qəbul edib.

Bu barədə Sitat.info Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 52 nəfərin müraciətinə baxılıb.

Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, torpaqların təyinatının dəyişdirilməsi, sığorta hadisəsi zamanı dəymiş ziyanın ödənilməsi və digər məsələlərlə bağlı olub. Nazir hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.



Xəbər xətti