NATO Türkiyəyə sığınacaqlar göndərir

17:10 10 Fevral 2023

NATO müttəfiqləri "əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkənləri yerləşdirmək üçün Türkiyəyə tam hüquqlu "yarıdaimi" sığınacaqlar göndərməyə qərar verib.

Sitat.info xəbər verir ki, NATO-nun verdiyi açıqlamaya görə, NATO-nun göndərəcəyi sığınacaq obyektləri normal olaraq NATO-nun təlim və əməliyyatlarında istifadə olunan qərargah komplekslərindən ibarət olacaq. Bu obyektlərə istilik, generator və müalicə sahələri kimi obyektlər daxildir.

NATO hərbi rəsmiləri hazırda İtaliyanın Taranto şəhərində yerləşən NATO Dəstək Agentliyinin Cənub Əməliyyatlar Mərkəzində saxlanılan sığınacaq obyektlərinin daşınması üçün ən uyğun logistika və nəqliyyat variantlarını qiymətləndirirlər.

NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Kristofer Kavoli, bölmələrin göndərilməsi işinə rəhbərlik edəcək.

NATO-nun baş katibi Stoltenberq, müttəfiqlərin qərarını alqışlayaraq bildirib: "NATO müttəfiqimiz Türkiyə ilə güclü həmrəylik içərisindədir. Bu sığınacaq obyektlərinin təhvil verilməsi insanların həyatını xilas edəcək. NATO müttəfiqləri və tərəfdaşları yardım səylərinə ciddi dəstək verir. Ehtiyacı olanlara kömək etmək üçün əlimizdən gələni etməyə davam edəcəyik".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti