Hataydan şok görüntü: Binanın xarici divarı, qonşu binanın daxili divarı

12:42 11 Fevral 2023

Hatayın Antakya rayonunda binanın dağılmayan xarici divarının, bitişik dağıdılmış binanın daxili divarı kimi istifadə edildiyi görülüb. Bir-birinə bitişik iki binadan biri uçanda divardakı televizor, rəsm və çərçivə qalıb.

Zəlzələnin böyük dağıntılara səbəb olduğu Hatayın Antakya rayonunda dağılan bina görənləri heyrətə gətirib. Rayon mərkəzindəki Uzun Çarşı yaxınlığında dağıntıları görənlər növbəti tikilinin dağılmadığını anlayıblar. Baxış zamanı sökülməyən binanın xarici divarının, bitişik dağıdılmış binanın daxili divarı kimi istifadə edildiyi məlum olub.

Zəlzələnin gücü ilə bitişik 2 binadan 1-i uçarkən otağın divarında asılmış televizor, rəsm, çərçivə və kitabxana ortaya çıxıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti