25 yaşlı müəllimi maşın vurub öldürdü

00:38 12 Fevral 2023

Şəmkirdə atası ilə birgə yolu qarşı tərəfə keçmək istəyən, 1998-ci il təvəllüdlü Səma Nağdıyevanı avtomobil vurub. 

Sitat.info xəbər verir ki, yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılan zaman dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü isə avtomobili ilə ərazidən qaçdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən qadın orta məktəb müəllimi olub.

//Qafqazinfo 



Xəbər xətti