""SƏDƏRƏK" firmasından qardaş Türkiyənin dəhşətli zəlzələ baş vermiş bölgələrinə göndərilən yardımlar firmanın səlahiyyətli nümayəndəsi İlkin Qədimbəylinin başçılığı ilə mənzil başına çatdırılaraq, aidiyyatı qurumlara təhvil verildi"
Bu barədə Sitat.info-ya "Sədərək" ticarət mərkəzinin mətbuat xidməti məlumat verib.
Xatırladaq ki, fevralın 10-da Sədərək TM-də qərargah yaradılıb. Rəhbərlik və burada fəaliyyət göstərən sahibkarlar könüllü olaraq çalışır, yardım əli uzadırlar.
Türkiyəyə çarpayılar, uşaq, qadın və kişilər üçün isti paltarlar, ayaqqabılar toplanıb. Artıq qardaş ölkəyə 3 TIR geyim malları göndərilib.
Məğrur Salmanov,
Sitat.info