THY aviareyslərin təxirə salınması ilə bağlı müddəti açıqlandı

13:06 25 Yanvar 2022

Güclü yağan qar səbəbindən İstanbul hava limanında bütün ölkədaxili və beynəlxalq reyslər dayandırılıb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, “Türk Hava Yolları”nın mətbuat katibi Yəhya Üstün sosial media hesabından İstanbul aeroportunun işini bərpa edəcəyi vaxtı açıqlayıb.

Yəhya Üstün qeyd edib ki, kəskin hava şəraiti səbəbindən THY-nin İstanbul hava limanından edilən uçuş əməliyyatları yanvarın 26-sı saat 00:00-dək təxirə salınıb.



Xəbər xətti