Azərbaycanın xilasediciləri dağıntılar altından kişi meyitini çıxarıb

20:15 13 Fevral 2023

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha bir kişi meyitini çıxarıb.

Sitat.info Report-a istinadən xəbər verir ki, FHN-in xilasediciləri tərəfindən şəhərin Kuddisi Baba bulvari 8 mərtəbəli binanın dağıntıları altında aşkarlanan orta yaşlı kişi meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.



Xəbər xətti