Tovuzda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

23:55 13 Fevral 2023

Tovuz rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Sitat.info Report-a istinadən xəbər verir ki, hadisə Tovuz şəhər ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Nicad İsmayılov, 2005-ci il təvəllüdlü Samir Tanrıverdiyev, 1988-ci il təvəllüdlü Samir Əliyev və 1988-ci il təvəllüdlü Nəbi Əhmədov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyəti kafi və normal qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti