Rusiya müxalifətinin lideri Aleksey Navalnı və əqidədaşları "terrorçu, ekstremist fəaliyyətlə məşğul olan təşkilatlar, fiziki şəxslər siyahısı"na salınıb.
Sitat.info Report-a istinadən xəbər verir ki, müvafiq qeyd Maliyyə Monitorinqi üzrə Federal Xidmətin reyestrində əlavə edilib.
Rusiya qanunvericiliyinə əsasən, banklar bu siyahıya daxil olan şəxslərin vəsaitlərini dondurur və xidmətlərini dayandırır.
Qeyd edək ki, 45 yaşlı siyasətçi 1 ildən çoxdur həbsdədir.