Erməni deputatlar: Bakı ilə sülh sazişini niyə uzadırsınız?!

14:11 15 Fevral 2023

Dünən “Mülki müqavilə”dən olan deputatlar Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla qapalı müzakirələr aparıblar. Görüş 4 saata yaxın davam edib.

Sitat.info xəbər verir ki, “Joxovurd” gizli mənbəyə istinadən görüşün bəzi təfərrüatı barədə məlumat yayıb.

“Mülki müqavilə” partiyasının üzvləri Qriqoryanın şəxsən parlamentə gəlməsini və Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə danışıqlarının normallaşdırılması üzrə təfərrüatı təqdim etməsini tələb ediblər. Deputatlar narahat olduqlarını bildiriblər. Onların təəssüratına görə, sülh müqaviləsi üzrə danışıqlarda irəliləyiş görünmür, ya da onlara bu barədə məlumat verilmir”, - məlumatda deyilir.

Qriqoryan deputatları əmin edib ki, danışıqlar təbii şəkildə gedir. O xüsusilə vurğulayıb ki, iş əsasən sülh müqaviləsinin imzalanması ətrafında aparılır:

“Onlar sülh müqaviləsinin mətni ilə bağlı Bakıdan daxil olan yeni təklifləri öyrənirlər. Hansı bəndlə razılaşmalı, hansı bəndlə razılaşmamalı olduqlarını müzakirə edirlər”.

Görüş olduqca gərgin keçib, çünki deputatlar Qriqoryanı Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamaq və Türkiyə ilə münasibətləri normallaşdırmaq missiyasını yerinə yetirməməkdə günahlandırıblar:

“Mülki müqavilə”nin üzvləri Təhlükəsizlik Şurasının katibinə irad tutub və ondan izahat tələb ediblər”.



Xəbər xətti