Türkiyədə zəlzələdən sonra dağıntılar altında qalaraq vəfat edən azərbaycanlı tələbə Şahin Vəliyevlə vida mərasimi keçirilir.
"Qafqazinfo"nun məlumatına görə, Malatya şəhərində zəlzələ sonrası həyatını itirən 21 yaşlı Şahin Vəliyev bu gün Gəncədə torpağa tapşırılır.
Bölgə müxbirimizin verdiyi məlumata görə, yas mərasimi başlayıb. Ş.Vəliyev Yeni Səbiskar qəbristanlığında torpağa tapşırılacaq.

