Belarus lideri Aleksandr Lukaşenko və Rusiya prezidenti Vladimir Putin cümə günü, fevralın 17-də Kreml rəhbərinin Moskva iqamətgahında görüşüblər.
Sitat.info xəbər verir ki, diktatorların görüşü Rusiya dövlət kanalları tərəfindən yayımlanıb.
Putin və Lukaşenko arasında danışıqlar maraqlı dialoqla başlayıb. Putin Rusiyaya səfərinə görə Lukaşenkoya minnətdarlıq edib, cavab olaraq Lukaşenko gözlərini zilləyərək başqa çarəsinin olmadığını bildirib.
"Sanki razılaşmaya bilərdim..." -deyib. .
Bundan sonra Putin Lukaşenko ilə nəzakətli davranmağa çalışıb, lakin əsəbi halda ayaqlarını yerə vurması diqqətdən qaçmayıb.
"Yaxşı, hamımız məşğul insanlarıq, kifayət qədər işimiz var. Yeri gəlmişkən, dünən sizin mətbuat konfransınızı izlədim... Mən sizin mövqelərinizi və yanaşmalarınızı bölüşürəm", - Putin bildirib.
Danışıqlar zamanı siyasətçilər bir neçə mövzunu müzakirə edib və ənənəvi olaraq Qərbin sanksiyalarını tənqid edərək, onların faydasız olduğunu bildiriblər.
“Bizim mal və xidmət dövriyyəmiz keçən il misli görünməmiş həcmdə idi - 50 milyard dollar”, - Lukaşenka bildirib.
"Hətta burada "sülhsevər ölkələr" bizi o qədər sıxışdıra bilmədilər ki, ən ağılla ölkələrimizdən qaçdılar" deyib Belarus lideri.
Qeyd edək ki, daha əvvəl Putin Lukaşenko ilə görüşdə iqtisadiyyatla yanaşı, təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərini də müzakirə etmək niyyətində olduğunu bildirmişdi. Artıq birbaşa danışıqlar zamanı Lukaşenko qeyd edib ki, tərəflərin təxminən üç ay əvvəl Soçidə müzakirə etdiyi müdafiə və təhlükəsizlik məsələləri üzrə bütün razılaşmalar Minsk tərəfindən yüz faiz yerinə yetirilib.
"Sizinlə təxminən üç ay əvvəl, müdafiə və təhlükəsizliklə bağlı razılaşdığımız hər şey Belarus tərəfi keçən il yüz faiz yerinə yetirildi. Yüz faiz! Və biz daha çoxunu etdik, mən sizə sonra bununla bağlı görülən işləri deyəcəyəm. ...” Lukaşenka bildirib.
Nərgiz,
Sitat.info