ABŞ: Çin Ukrayna müharibəsi üçün Rusiyaya silah verə bilər

11:13 20 Fevral 2023

ABŞ dövlət katibi Antoni Blinken, Çinin Rusiyanı Ukrayna müharibəsi üçün silah və sursatla təmin edə biləcəyini deyib.

Sitat.info-nun məlumatına görə, CBS News-a danışan Blinken bildirib ki, Çin şirkətləri artıq Rusiyaya “qeyri-öldürücü dəstək” verirlər və yeni məlumatlar Pekinin “ölümcül dəstək” verə biləcəyini göstərir.

Blinken xəbərdarlıq edib ki, Çin Ukrayna müharibəsi üçün Rusiyaya silah və sursat verərsə, bunun Çin üçün “ciddi nəticələri” olacaq.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti