Narkotik qaçaqmalçılığının şok göstəricisi - Bu regionda

14:10 25 Yanvar 2022

“2021-ci ildə aşkar edilmiş narkoqaçaqmalçılıq faktlarının 99.8 faizi Azərbaycanın cənub sərhədlərində aşkarlanıb”.

Sitat.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradov deyib. 

O qeyd edib ki, qanunsuz dövriyyədən götürülən narkotiklərin 38 faizi Astara, 32 faizi Biləsuvar, 19 faizi Naxçıvan MR, Şahtaxtlı, 11 faizi isə digər  gömrük postlarının payına düşür. 

“Narkoqaçaqmalçılıq faktlarının 73%-i (40 fakt),  tutulan narkotiklərin 89%-i (2 t 703 kq) cənub sərhədlərində olub. Belə ki, Cənub Ərazi Baş Gömrük idarəsinin Astara və Biləsuvar gömrük postlarında, Naxçıvan MR DGK-nin Şahtaxtı Gömrük İdarəsində, 1 fakt üzrə 10,5 %-i (320,6 kq) Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postunda, ümumilikdə isə narkotiklərin 99,5%-dən çoxu yuxarıda sadalanan 4 gömrük orqanında qanunsuz dövriyyədən götürülüb”.



Xəbər xətti