Dumanlı hava ilə bağlı bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

23:30 22 Fevral 2023

Fevralın 23-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

Sitat.info xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.



Xəbər xətti