Prezident Ərdoğan Nobel mükafatına namizədliyini irəli sürüb

10:46 24 Fevral 2023

Nobel İnstitutu 2023-cü il Nobel Sülh Mükafatına 305 namizədin olduğunu açıqlayıb. 212 şəxsin və 93 qurumun namizədliyinin irəli sürüldüyü siyahıda prezident Tayyib Ərdoğanın da adı var.

Sitat.info xəbər verir ki, prezident Ərdoğan bu mükafata Rusiya-Ukrayna müharibəsində sülhün təmin edilməsi istiqamətində göstərdiyi səylərə görə irəli sürülüb.

Namizədlər arasında Ukrayna lideri Vladimir Zelenski, NATO-nun baş katibi Yens Stoltenberq və rusiyalı müxalif siyasətçi Aleksey Navalni kimi adlar diqqət çəkir. Bu il mükafatlandırma mərasimi dekabrın 10-da Norveçin paytaxtı Osloda keçiriləcək. Nobel Sülh Mükafatına namizədlər 50 il müddətində məxfi saxlanılır, ancaq namizədliyi irəli sürən qurumun təşəbbüsü istisna olmaqla, 305 namizədin hamısı açıqlanmayıb. 2022-ci ildə Belarus hüquq müdafiəçisi Ales Bialiatski Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzi və Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı ilə birlikdə mükafata layiq görülüb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti