Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var

22:45 24 Fevral 2023

Hacıqabulda yol qəzasında ər və arvad xəsarət alıb.

Sitat.info-nun məlumatına görə, hadisə zamanı Şəki rayon sakinləri, 1966-cı il təvəllüdlü Paşayev Vasif Qədir oğlu və onun həyat yoldaşı 1974-cü il təvəllüdlü Paşayeva Ədilə Rasim qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Hər ikisi Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti