Zelenskinin xanımından dünyaya TƏSİRLİ ÇAĞIRIŞ

19:00 9 Mart 2022

Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskaya dünya mediasının nümayəndələrinə açıq məktub ünvanlayıb.

 

Ukrayna Prezidentinin rəsmi saytında dərc olunmuş məktubda deyilir:

 

“İndi mənə dünyanın hər yerindən media nümayəndələri müraciət edərək müsahibə almaq istəyirlər. Bu məktubla hər kəsə cavab vermək istərdim. Bu, mənim Ukraynadan verdiyim ifadədir.

 

Bir həftə əvvəl baş verənlər inanılmaz idi. Mənim ölkəm dinc idi, meqapolislər, şəhərlər və kəndlər həyatla dolu idi.

 

Fevralın 24-də müharibənin başlanması xəbəri ilə oyandıq. Tanklar Ukrayna sərhədini keçdi, təyyarələr hava məkanımıza soxuldu. Şəhərlər raket qurğuları ilə əhatə olundu.

 

 



Xəbər xətti