Putin Rusiya Təhlükəsizlik Şurasını çağırıb

21:35 3 Mart 2023

Rusiya prezidenti Vladimir Putin terrorizmə qarşı hüquq-mühafizə orqanlarının nəzarətində olan yerlərin təhlükəsizliyi ilə bağlı Təhlükəsizlik Şurasını çağırıb.

Sitat.info xəbər verir ki, Kremldən verilən məlumata görə, Putinin sədrliyi ilə Rusiya Təhlükəsizlik Şurasının iclası keçirilib.

Onlayn görüşün əvvəlində çıxış edən Putin bildirib: "Bu gün hüquq-mühafizə orqanlarının əməkdaşlarının nəzarətində olan yerləri terrordan qorumaq üçün tədbirlərlə bağlı çox mühüm mövzumuz var".

Rusiyanın Bryansk vilayətində ukraynalı olduğu bildirilən “təxribat qrupları”nın Rusiya-Ukrayna sərhədindəki bölgədəki kəndə soxularaq silahlı hücum təşkil etdiyi bildirilib. Bölgə administrasiyası hücum nəticəsində iki nəfərin öldüyünü, bir nəfərin yaralandığını açıqlayıb.

Məğrur

Sitat.info



Xəbər xətti