Azərbaycan nefti bu qiymətə satılır

10:20 4 Mart 2023

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti bahalaşıb.

“Sitat.info” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,37 ABŞ dolları və ya 0,43 faiz artaraq 87,08 dollar olub.

Xatırladaq ki, 2022-ci il ərzində “Azeri Light” (CIF) markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.

 



Xəbər xətti