Mağazaya girib-çıxdı, avtomobili yoxa çıxdı: BNA maşını belə "qaçırtdı" - VİDEO

15:56 25 Yanvar 2022

Bu gün  Heydər Əliyev sarayının yaxınlığında,  Süleyman Rüstəm küçəsində avtomobiini yol kənarında park edib mağazaya daxil olan gənc bayıra çıxdıqda maşının yerində olmadığını görüb.

Nə baş verdiyini anlamağa çalışan gənc ətrafdakı insanlardan soruşub. Vətəndaşlardan biri  99-HL- 874 dövlət nömrə nişanlı, "Hundai" markalı avtomobilin Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən tez-tələsik evakuatorla necə götürüldüyü lentə alıb. 

Sitat.info-ya göndərilən videodan da göründüyü kimi, BNA işçiləri avtomobilin sahibini çağırmadan, xəbərdarlıq etmədən sürətlə avtomobili evakuatora yükləyib cərimə meydançasına aparırlar. Vətəndaşlar şəxsi mülkiyyətdə olan avtomobilin bu şəkildə aparılmasını narazılıqla qarşılayıblar. Xüsusən də ərazidə hər hansı tıxacın olmaması və avtomobilin hərəkətə maneə törətməməsi şəraitində bu cür davranış xoş qarşılanmayıb. 

Məsələ ilə bağlı BNA-nın sözçüsü Mais Ağayevlə əlaqə saxlamağa çalışsaq da zəngimizə cavab verilmədi. Dövlət qurumunun da mövqeyini öyrənməyə çalışacağıq. 



Xəbər xətti