Xocalı və Xankəndidə son durum: Qarabağda nə baş verir? AÇIQLAMA

15:30 10 Mart 2022

“Atəşkəsin pozulması separatçıların Ukraynada baş verən proseslərdən istifadə etməsi ilə bağlıdır”.

Bu sözləri Ölkə.az-a açıqlamasında politoloq Əziz Əlibəyli son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvlərinin mövqelərimizi atəşə tutuması ilə bağlı danışarkən deyib. O bildirib ki, Rusiyanın Ukraynadakı fəaliyyətləri erməniləri ciddi narahat edir:

“Hazırda Rusiya Ukraynadakı separataçı rejimlərə dəstək olmaqdadır və bu toqquşmanın nəticəsində Rusiya Prezidenti həm onların müstəqilliyini tanıdı, həm də bunu müttəfiqləri vasitəsilə leqallaşdıracaq. Bu Qarabağdakı separatçı ermənilərlə bağlı ciddi təşvişlər yaradır. Birincisi, Rusiya ilə Azərbaycan arasında münasibətlər çox yaxındır. Son olaraq Azərbaycan-Rusiya münasibətlərini tənzimləyən müttəfiqlik haqqında saziş olub. Bu saziş Azərbaycana bəzi imkanlar yaradır.

Müxtəlif istiqamətlərdə mövqelərimizə atəş açılmasının səbəbi də sülhməramlıların olduğu yerdən onları indiki məqamda təxribata çəkməkdir. Bu, əslində Rusiyanın arxasında ikinci cəbhənin açılmasına cəhddir. 

299105

Özü də bu elə bir dönəmdə baş verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Fransada səfərdədir. Bu səfər çərçivəsində erməni tərəfinin çoxkombinasiyalı oyununun şahidi oluruq. 

Azərbaycan Müdafiə Nazirliyi, əlbəttə, xəritələri dəqiq bilir, o cümlədən də bölgəni dəqiq izləyir, terrorçuların yerləşdiyi əraziləri, pozisiyalarını bilir və hansı nöqtədən Azərbaycan əsgərinə güllə atılması ilə bağlı dəqiq məlumatları var. 

Preventiv olaraq bir neçə gün əvvəl MN-in adekvat cavab verilməsi ilə bağlı  açıqlaması məhz bununla əlaqədar idi. Bu, 44 günlük müharibədən sonra həyata keçirilən böyük əməliyyatdır. Bölgədəki ordunun Türkiyə modelində və xüsusi təyinatlılardan ibarət olması, bölgədə separatçılarla üzbəüz durması halı qeydə alınır. Burada şübhəsiz ki, Azərbaycan tərəfi bu addımla təkcə preventiv əməliyyatlar məsələsini gündəmə gətirmiş olur:

1. Öz ərazisində terorr əməliyyatı keçirmək hüququnu daşıyır;
2. Bunu beynəlxalq hüquqla əsaslandırır;
3. Bölgədə sülhməramlı fəaliyyətini yerinə yetirən Rusiya ilə bağlanmış həm 10 noyabr razılaşması, həm də Moskva bəyannaməsi imkan verir ki, Azərbaycan bu əməliyyatları leqal formada icra etsin. 

299100

Yəni qlobal toqquşmadan yararlanaraq erməni separataçıların belə bir addım atmasının mütləq şəkildə qarşılığı olacaq. Görünən siqnallar da ondan ibarətdir ki, maştab genişlənəcək. Yaxın zamanda biz əsaslı əməliyyatların da şahidi ola bilərik”.

Ekspert Azərbaycan Ordusunun Xocalı və Xankəndi şəhərlərinə daxil olacağı ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib. O, prosesi izah edərək bildirib ki, bu, ikihissəli əməliyyat planına uyğun ola bilər:

“Belə hesab etmək olar ki, Ağdərə və Xankəndi ikinci mərhələ üçün saxlanılır. Yəqin ki, birinci mərhələ də Xocalı və Xocavənd məsələsi öz həllini tapar. Bilirsiniz ki, o bölgələrdə Azərbaycan vətəndaşı olan ermənilər yaşayır. Ona görə də həmin ermənilərlə bağlı Azərbaycan tərəfinin vətəndaşlıq verməsi məsələsi, yəni hüquqi prosedur məsələsi gündəmə gəlir. İstər-istəməz Azərbaycan tərəfi şəhərə daxil olmadan vətəndaşlıq seçimi ilə bağlı təklif etməlidir. Bu artıq edilmiş bir müraciətdir. Xocalı və Xocavənddə isə erməni əhali digər iki bölgədən daha az yaşayır. Burada söhbət ordudan getmir. Hərbi əməliyyatlar ilkin təmas xəttində baş verməldir. Amma şəhərə daxil olmaq mülki müdafiə qüvvələrinin, o cümlədən  mülki və hərbi polisin həyata keçirə biləcəyi fəaliyyət növünə aiddir. Xankəndi məsələsi isə periodik olaraq sona saxlanmalıdır. Bu da onunla bağlıdır ki, bölgədə ermənilərin kütləvi şəkildə yaşaması qeydə alınır. İnamım bu yöndədir ki, yaxın zamanlarda Xocalı və Xocavənd məsələsi öz həllini tapacaq.  Bu da yəqin ki, Ukraynada müharibənin bitməsindən sonra yaranan şəraitə bağlıdır”.

  •  



Xəbər xətti