Qəzzada öldürülən fələstinlilərin sayı 70 mini keçdi

15:42 3 Dekabr 2025

İşğalçı İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 48 saatda 5 nəfər də artaraq 70 min 117-yə yüksəlib.

Sitat.info xəbər verir ki, Qəzzadakı Səhiyyə Nazirliyi yaydığı yazılı açıqlamada İsrailin hücumlarında yaşanan can itkiləri, yaralanmalar və dağıntılar altından çıxarılan yeni cəsədlərlə bağlı son məlumatları paylaşıb.

Bildirilir ki, İsrail hücumları nəticəsində son 48 saat ərzində biri dağıntılar altından çıxarılan 5 fələstinlinin cəsədi13 yaralı xəstəxanalara çatdırılıb.

Atəşkəs qüvvəyə mindikdən sonra həyata keçirilən hücumlarda isə 360 nəfərin öldüyü, 922 nəfərin yaralandığı, dağıntılar altından 617 nəfərin cəsədinin çıxarıldığı qeyd edilib.

İsrailin Qəzza zolağına 2023-cü ilin oktyabrında başladığı hücumlarda ümumi ölənlərin sayının 70 min 117-yə, yaralıların sayının isə 170 min 999-a yüksəldiyi bildirilib.

Gülxar,

Sitat.info



Xəbər xətti