Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Ukraynadakı çeçen xüsusi təyinatlı bölmələrinin yeni kadrlarını paylaşıb.
Görüntülər sosial şəbəkəyə yerləşdirilib.
Belə ki, kadrda çeçen komandirlərdən biri ukraynalı hərbçilərə səslənərək onları öldürmək üçün şəhər, rayon və meşələrdə axtardıqlarını bildiriblər.
Qeyd edək ki, görüntülərdə çeçen hərbçilərin ələ keçirilən Ukraynanın "Varta" zirehli texnikasından istifadə etməsi öz əksini tapıb.