Hazırda Rusiya Ukraynada qarşıya qoyduğu məqsədlərə ancaq hərbi yolla nail olmaq olar.
Sitat.info xəbər verir ki, bu barədə bu gün jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Bizim üçün mütləq prioritet qarşıya qoyulan məqsədlərə nail olmaqdır və həmişə belə qalacaq. İndi onlara yalnız hərbi yolla nail olmaq olar", - Kreml sözçüsü bildirib.
Eyni zamanda, Kreml Ukraynadakı vəziyyətin dinc kursa keçməsi üçün hələ ilkin şərtləri görmür.
Məğrur,
Sitat.info