Röyters: "Bayden Rusiya ilə ticarət əlaqələrinə son qoyacaq"

09:59 11 Mart 2022

ABŞ Prezidenti Co Bayden bu gün Rusiya ilə normal ticarət əlaqələrinə son qoymağa çağırış edəccək.

APA xəbər verir ki, bu barədə etibarlı mənbəyə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Xüsusilə, Rusiyaya idxalda tariflərin artırılmasından söhbət gedir.

Xatırladaq ki, çərşənbə axşamı Bayden Rusiyadan enerji idxalını və Rusiyanın enerji sektoruna yeni investisiyaları qadağan edən fərman imzalayıb.



Xəbər xətti