Şabranda ağır qəza, ölənlər var

22:37 17 Mart 2023

Şabranda 2 yük maşını toqquşub, ölənlər var.

Sitat.info Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hadisəyə səbəb "KaMAZ" markalı yük avtomobilinin təkərinin partlaması nəticəsində qarşıdan gələn TIR avtomobilinə çırpılmasıdır.

Qəzada hər iki sürücü - Dağıstan Respublikası vətəndaşı, 1986-cı il təvəllüdlü Nəriman Ramazanov və Şabran rayon Rəhimli kənd sakini, 1972-ci il təvəllüdlü Ayaz İskəndərov ölüblər, sərnişin Əmirxanlı kənd sakini Elçin Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti