Təzə piyada səkisinin fotosu gülüşə səbəb oldu

15:31 28 Mart 2023

Lənkəranın Əli Məmmədov küçəsində salınan yeni piyada səkisinin görüntüləri müzakirələrə səbəb olub. Belə ki, təmir zamanı səkinin içəri tərəfindən hasara qədər olan hissəsində saxlanılan yük maşını oradan çıxarılmayıb. Yaşıllıq ərazi ilə səki arasında qalan maşının niyə götürülmədiyi sual doğurub. 

“Sitat.info” xəbər verir ki, bu barədə məlumatı və səkinin fotosunu Cenublu.az yayıb. Sakinlər bildiriblər ki, yük maşınının oradan çıxarılacağı təqdirdə yeni çəkilən piyada səkisinə zərər dəyəcək. 

Məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Sözügedən yük maşınının sahibi Lənkəran ərazisindən kənarda olduğu üçün bu gün rayona gəlib və altervativ yolla maşının uzaqlaşdırılması təmin edilib”. 

 





Xəbər xətti