ABŞ-ın iddiası: Casus şar düşürülmədən günlər əvvəl Çinə məlumat göndərdi

11:07 4 Aprel 2023

ABŞ mediasının məlumatına görə, bu ilin əvvəlində ölkənin şimalında uçan və Çinə aid olduğu müəyyən edilən “casus şarı” vurulmadan bir neçə gün əvvəl hərbi bazalardan kəşfiyyat məlumatları toplayıb.

Sitat.info-nun məlumatına görə, NBC News ABŞ rəsmilərinə istinadən xəbər verir ki, "casus şar" məlumatları real vaxt rejimində Pekinə ötürüb.

Teleqraf.com xəbər verir ki, kanala danışan məmur bildirib ki, şar şəkil çəkməyib, əksinə elektron siqnalları toplayıb.

Lakin ABŞ rəsmiləri deyirlər ki, onlar hava şarının ölkə üzərində uçması ilə onun kəşfiyyat məlumatı toplamaq imkanlarını məhdudlaşdıra biliblər.

Bazar ertəsi Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, ABŞ Federal Təhqiqatlar Bürosunu (FTB) hələ də hava şarının qalıqlarını tədqiq edir.

"Biz bilirik ki, şar manevr edə və bilərəkdən bir yol izləyə bilər" deyən sözçü Sabrina Sinq, hava şarının hansı hərbi obyektlər üzərində uçduğunu söyləməkdən imtina edib.

 

"Biz hələ də Çinin toplaya bildiyi kəşfiyyat məlumatlarını qiymətləndiririk, lakin bilirik ki, atdığımız addımlar onların əvvəllər peyklərdən toplaya bildiklərindən daha çox ələ keçirməsinə mane olub", - deyə Sinq bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti