Finlandiya rəsmi olaraq NATO-ya üzv olub.
“Sitat.info” xəbər verir ki, bu barədə məlumatı Polşanın Baş naziri Mateuş Moraveçkiy öz tviter hesabında paylaşıb.
“Finlandiya artıq NATO-dadır. Təbrik edirik! Bu gündən etibarən alyans 31 ölkədən ibarətdir”, - deyə o qeyd edib.
***
Finlandiyanın XİN rəhbəri Pekka Haavisto ölkəsinin NATO-ya daxil olması ilə bağlı sənədi imzalayıb.
/Qafqazinfo