Almanlar Ukraynanın döyüş təyyarələri verməməsini istəyir

23:48 4 Aprel 2023

Bildirilib ki, almanlar Ukraynaya müasir döyüş təyyarələrinin gətirilməsinə qarşıdırlar.

Sitat.info xəbər verir ki, Rtl telekanalının Forsa-ya etdiyi sorğunun nəticələrinə görə, iştirakçıların 64 faizi NATO-nun Ukraynaya belə döyüş təyyarələri verməməli olduğunu bildirib.

Bunu cəmi 28 faiz dəstəklədiyi halda, 8 faiz fikir bildirməyib.

31 mart-4 aprel tarixləri arasında keçirilən və 1008 nəfərin iştirak etdiyi sorğuda 49 faizin Ukraynaya silah yardımının artırılmasının əleyhinə olduğu, 47 faizinin isə yardımı dəstəklədiyi bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti