Xankəndinin Bakıya təhvil verilməsi prosesi başladı

16:54 6 Aprel 2023

Xankəndinin Azərbaycana təhvil verilməsi prosesi gedir.

Sitat.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr Azərbaycanın təcili tibbi yardım maşınının Xankəndiyə daxil olması, erməni xəstələrin azərbaycanlı həkimlər tərəfindən şəhərə aparılması hadisəsini prosesin başlanğıcı adlandırıb.

“Artıq Xankəndidə şəhərin Azərbaycana təhvil verilməsi haqda danışırlar. Qarabağdakı ermənilər şəhərin küçələrində Rusiya sülhməramlılarının müşaiyəti ilə Azərbaycanın təcili yardım maşınını görür və bu, onun psixoloji olaraq vəziyyəti qəbul etməsi ilə nəticələnir. Onlar düşünürlər ki, hətta ruslar da onları müdafiə etmir, Ermənistan müdafiə etmir, Qərb ölkələri də onlara əhəmiyyət vermir. Buna görə də Azərbaycanın qarşısında heç nə edə bilməyəcəklər. Bu o deməkdir ki, inteqrasiya prosesi başlayıb və Rusiya da bu prosesdə Azərbaycandan yanadır”, - nəşr yazır.



Xəbər xətti