“NATO-da Ukraynanın üzvlüyü ilə bağlı yekdil mövqe yoxdur” - Zelenski

20:25 12 Mart 2022

Ukrayna Prezidenti Vladimir Zelenski NATO-da Ukraynanın üzvlüyü ilə bağlı yekdil, razılaşdırılmış mövqeyin olmadığını deyib.

APA Unian.net saytına istinadən xəbər verir ki, o bu barədə xarici KİV üçün keçirdiyi mətbuat konfransında açıqlama verib.

“Ukraynanın üzvlüyü ilə bağlı razılaşdırılmış mövqe görmürəm. Eşitmirəm. Hətta hava məkanın bağlanması mövzusunda da. NATO liderləri üçün xırda olan və ukraynalılar üçün həyati vacib olan belə məsələlərdə, hava məkanın bağlanmasında da yekdil mövqe yoxdur”.



Xəbər xətti