Dünya Kubokuna qatılacaq Azərbaycan gimnastları bəlli olub

20:04 11 Aprel 2023

Aprelin 14-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək bədii gimnastika üzrə Dünya Kubokuna qatılacaq Azərbaycan idmançıları bəlli olub.

Federasiyadan "Report"a verilən məlumata görə, 3 gün davam edəcək yarışda milli komandanın 8 üzvü qüvvəsini sınayacaq.

Fərdi gimnastlar Kamilla Seyidzadə və İlona Zeynalova, eləcə də qrup hərəkətləri üzrə ikinci heyətin üzvləri - Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə və Leyla Əliyeva medal qazanmağa çalışacaqlar.

Bədii gimnastlar artıq Dünya kubokunda iştirak etmək üçün Daşkəndə yola düşüblər.



Xəbər xətti