"İstanbul nə belə belədiyyə başqanı, nə də belə zülm gördü" İmamoğluna üsyan püskürdülər...

13:14 26 Yanvar 2022

İstanbula ötən gecə yağan güclü qar bəzi bölgələrdə ciddi problemlərə səbəb olub. Yollar buz bağladığından avtomobillərin hərəkəti mümkünsüz olub.

Sitat.info Milliyet.com.tr-yə istinadən xəbər verir ki, qar təmizləyən maşınların yolu açması da mümkün olmadığından sürücülər avtomobillərini yol kənarında saxlayıb piyada hərəkət etməli olublar.

Bəziləri isə ötən gecəni avtomobillərdə keçirib. İstanbul Bğyükşəhər  Bələdiyyəsinin gördüyü önləyici tədbirləri yetərsiz hesab edən vətəndaşlar Əkrəm İmamoğluna üsyan püskürüblər.

Səhər qarın bir qədər zəifləməsi vəziyyəti müəyyən qədər düzəldib və əksər sürücülər avtomobillərini ərazidən çıxartmağa gəliblər.

Onlar vəziyyətlərinin yaxşı olmadığını , Əkrəm İmamoğlunun İstanbul əhalisini pis vəziyyətə qoyduğunu deyiblər: "İstanbul İstanbul olandan, nə belə bir bələdiyyə başqanı, nə də belə bir zülm görmədi" -deyə zərərçəkən İstanbul sakinləri İmamoğlunu ittiham ediblər. 



Xəbər xətti