Bakıda kassir mağazadan 55 min manat pul oğurlayıb.
Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə yanvarın 23-də Azadlıq prospektində yerləşən mağazalardan birinin kassasından 55 min manat pulun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin mağazada kassir işləyən Neftçala rayon sakini M.Əhmədova saxlanılıb.