“NATO-nun Ukraynanı alyansa dəvət etməyinin vaxtı çatıb”.
“Sitat.info” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun rəhbəri Yens Stoltenberqlə mətbuat konfransı zamanı bildirib.
Zelenski vurğulayıb ki, Ukraynanın NATO blokuna qəbul edilməsinin vaxtı çatıb.
Stoltenberq hesab edir ki, hazırda Ukraynanın alyansa qoşulmasına heç nə mane ola bilməz.
Qeyd edək ki, Yens Stoltenberq müharibə başlayandan ilk dəfə Ukraynaya səfər edib.